Azərbaycan yığması finala yüksəldi

Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda Azərbaycan yığmasının yarımfinal oyunu baş tutub.

Futbolpress.az xəbər verir ki, millimiz yarımfinal oyununda ev sahibi Albaniya seçməsi ilə qarşılaşıb və rəqibi üzərində 62:41 hesablı rahat qələbə qazanıb.

18 xal toplamış millimizin üzvü Derin Berköz qarşılaşmanın ən məhsuldar basketbolçusu seçilib. Bu qələbə ilə millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb. Millimizin 28 iyulda baş tutacaq final oyunundakı rəqibi, Lüksemburq-Ermənistan görüşünün qalibi olacaq