Azərbaycan yığması finala yüksəldi

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin yarımfinal oyunu baş tutub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan yığması yarımfinalda Albaniya seçməsi ilə üz-üzə gəliblər. Oyunun ilk dövrəsindən üstünlüyü ələ keçirən milli Albaniya yığması üzərində 92:62 hesablı rahat qələbə qazanaraq, Avropa çempionatının finalına yüksəlib.

Görüşün ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 6 ribaund) seçilib. Qeyd edək ki, 14 iyulda baş tutacaq final görüşündə qızlarımızın rəqibi Malta-Kipr oyununun qalibi olacaq