Azərbaycan yığması dünya çempionatında iştirak edəcək

7-10 Oktyabr tarixlərində Xorvatiyada 23 yaşlı futbolçulardan ibarət milli komandaların minifutbol üzrə dünya çempionatı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mundialda 12 komanda – Xorvatiya, Kolumbiya, Yaponiya, İngiltərə, Çexiya, Slovakiya, Serbiya, Misir, Hindistan, İraq, Mavritaniya milliləri ilə yanaşı Azərbaycan seçməsi də mübarizə aparacaq.