Azərbaycan yığması “bürünc” üçün oynayacaq

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında yarımfinal oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, milli final yolunda Çexiya ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb – 4:1.

Azərbaycan yığması üçüncü yer uğrunda oyunda Serbiyadan olan həmyaşıdları ilə qarşılaşacaq.