Azərbaycan yığması Boqlarıstanla üz-üzə

Azərbaycanın 21 yaşadək (U-21) futbolçulardan ibarət millisi bu gün növbəti yoldaşlıq matçını keçirəcək.

Futbolpress.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Bolqarıstandan olan həmyaşıdları ilə qarşılaşacaq. “Liv Bona Dea Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

U-21 bundan əvvəl yoldaşlıq oyununda Slovakiyaya uduzub – 2:3.

Yoldaşlıq oyunu

11 iyun

20:00 Azərbaycan U-21 – Bolqarıstan U-21