Slovakiya millisinin futbolçusu Lukaş Haraslin UEFA Millətlər Liqasında Azərbaycana qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, 3:1 hesabıyla bitən matçda komandasının ikinci qolunu vuran vinger bunları deyib:
“Bəzi epizodlarda yaxşı oynamadıq. Matçdan əvvəl də mümkün çətinliklər haqda danışmışdıq. Azərbaycan bəzi anlarda təhlükəli oldu. Amma toparlandıq və oyunu idarə etməyə çalışdıq. Bundan sonra rəqibin azlıqlda qalması faydalı oldu və inamlı qələbə qazandıq. Bu səviyyədə oynamağa davam etməliyik”.