Azərbaycan yığması Avropa çempionu oldu

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin final oyunu baş tutub.

Futbolpress.az xəbər verir ki, yığma finalda Kipr seçməsi ilə üz-üzə gəliblər. Oyunun əvvələrindən üstünlüyü ələ keçirən milli Kipr yığması üzərində 69-52 hesablı qələbə qazanıb və çempion olub.

U-16 ardıcıl ikinci dəfə Avropa çempionatının qızıl medallarını qazanıb.