Azərbaycan yığması 1/8 finalda

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, millimiz İspaniyanın Kadiz şəhərində meydan sahibləri ilə qarşılaşıb. Görüş İspaniya yığmasının 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz yer aldığı A qrupunda 6 xalla ikinci yeri tutaraq, 1/8 final mərhələsinə vəsiqə qazanıb. İspaniya seçməsi isə 9 xalla qrup birincisi kimi mərhələ adlayıb.

1/8 final mərhələsinin oyunları oktyabrın 9-da keçiriləcək. Millimizin rəqibi oktyabrın 8-də baş tutacaq digər qrupların son matçlarının ardından müəyyənləşəcək.

Qeyd edək ki, komandamız qrupdakı ilk iki oyununda İngiltərə (4:0) və Gürcüstan (7:2) yığmalarını məğlub edib.