Azərbaycan yığmalarından rekord

2024-ci ilin iyul ayında yeniyətmələrdən ibarət oğlan və qız milli komandalarımız Albaniya, Cəbəllütariq və Kosovoda baş tutumuş basketbol üzrə Avropa çempionatlarının “C” divizionunda iştirak ediblər.

Futbolpress.az xəbər verir ki, belə ki, bu Avropa çempionatlarında millilərimiz Azərbaycanın basketbol tarixində ilk dəfə olaraq ölkəmizi rekord sayda, dörd kateqoriyada təmsil ediblər. Millilərimizin Avropa çempionatlarında göstərdikləri nəticələr:

U-16 qız millimiz – Qızıl medal

U-18 oğlan millimiz – Qızıl medal

U-18 qız millimiz – Gümüş medal

U-16 oğlan millimiz – 4-cü yer