Azərbaycan Xizək Alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

Futbolpress.az xəbər verir ki, Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən Xizək Alpinizmi üzrə Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan nəticəyə əsasən ISMF tərəfindən Dünya Kubokunun “Şahdağ”da keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2025-ci ilin 11-12 yanvar tarixlərində “Şahdağ” Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.