Azərbaycan UEFA reytinqində irəlilədi!

“Sabah” və “Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsində qələbə qazanması Azərbaycanın UEFA reytinqinə növbəti xalları yazdırıb.

Futbolpress.az xəbər verir ki, “futuristlər” İsrailin “Makkabi”, “qartallar” isə Slovakiyanın “DAC 1904” komandasını böyük hesabla məğlub edib (3:0, 4:0).

Hər qələbə sayəsində reytinqə 0,250 xal əlavə edilib. Bununla da, Azərbaycanın UEFA reytinqində xalları 17,750-yə çatıb və 24-cü sıraya yüksəlib.

25-ci pillədəki Slovakiyanın isə 17,625 xalı var.

Reytinqə 89,160 xalla İngiltərə başçılıq edir.