Azərbaycan UEFA reytinqində iki pillə irəlilədi

“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyanın “DAC 1904” komandasını məğlub etməsi Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

Futbolpress.az xəbər verir ki, 2:1-lik qələbə sayəsində Azərbaycana 0,250 xal əlavə edilib. Ölkəmiz hazırda 18,375 xalla 23-cü sırada yer alıb.

Azərbaycan 24-cü Rusiyanı (təmsilçiləri avrokuboklarda iştirak etmir) üstələyib.

Bundan əvvəlki siyahıda 25-ci olan Azərbaycan Slovakiyanı da üstələməyi bacarıb.

Reytinqə 89,160 xalla İngiltərə başçılıq edir.