Azərbaycan tennisçisi Fransada fərqləndi

Stolüstü tennisçi Onur Quluzadə Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” yarışında etimadı doğruldub. 2011-2012-ci il təvəllüdlü 128 idmançı arasında yarışan Quluzadə təsnifat mərhələlərini inamla adlayaraq mükafatlar uğrunda mübarizə aparıb.

Futbolpress.az xəbər verir ki, 1/16 finalda fransalı, 1/8-də bolqarıstanlı, 1/4 finalda daha bir fransalı rəqibinə qalib gələn stolüstü tennisçimiz yarımfinalda rumıniyalı rəqibinə uduzsa da, 3-cü yer uğrunda görüşdə Çexiya idmançısını üstələyərək yarışın bürünc medalına layiq görülüb.

Kiçik Avropa çempionatı da adlandırılan yarışdakı digər təmsilçimiz Yağmur Məmmədli isə, 96 iştirakçı arasında 12-ci yeri tutub.