Azərbaycan tennisçiləri Ermənistan komandasını məğlub etdi

İsveçin Malmö şəhərində yeniyetmə stolüstü tennisçilərin Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, bu gün 19 yaşadək oğlanların komanda yarışlarında Ermənistan seçməsi ilə qarşılaşan 16 yaşlı stolüstü tennisçilərimiz etimadı doğruldublar. Komandamız gərgin mübarizə şəraitində keçən görüşdə 3-1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.