Azərbaycan taekvondoçularından 6 medal

Saxa Respublikasının Yakutiya şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında taekvondo yarışları başa çatıb.

Futbolpress.az xəbər verir ki, aktivində 4 medal olan milli komandamız bu gün kolleksiyasına daha ikisini əlavə edib.

Gənclərdən ibarət yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn Elcan Əliyev (73 kq) Yakutiyada Azərbaycan himnini səsləndirib. Nilufer Borji (49 kq) isə Oyunları bürünc medalla başa vurub.

Beləliklə, taekvondoçularımız “Asiya uşaqları”nı 2 qızıl, 1 gümüş və 3 bürünc mükafatla bitirib. Yarışın ilk günündə Vasif Səlimov (63 kq) birinci yeri tutub. İlyas Hətəmli (48 kq) gümüş, Ziya Həsənli (55 kq) və Fatimə Həsənova (63 kq) isə bürünc medala yiyələniblər.