Azərbaycan təmsilçisi Polşada “qızıl” qazandı

Polşanın Xujov şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş Kusoçinskinin Memorialı keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycanı təmsil edən Anna Skidan turnirdə uğurla çıxış edib.

Belə ki, Skidan çəkic atma yarışında 73.25 metr göstərici ilə qızıl medala sahib çıxıb.

Annanın çempionluq yolunda geridə qoyduğu rəqibləri sırasında üçqat Olimpiya çempionu, dünya rekordunun sahibi, əfsanəvi atlet Anita Vlodarçik də olub.