Azərbaycan – Slovakiya: biletlər satışda

UEFA Millətlər Liqasında qrup mərhələsinin IV turu çərçivəsində oktyabrın 14-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Slovakiya oyununun biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiymətləri 3, 5, 10, 20 və 30 AZN-dir