Macarıstanda keçirilən 5-ci Avropa Universitet Oyunlarında şahmat yarışlarına start verilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasını təmsil edən Vüqar Manafovla Elmar Atakişiyevdən ibarət komanda rapid yarışlarında qələbə qazanıb. 9 turda 15 xal toplayan şahmatçılar 17 komanda arasında birinci yeri tutub.
Bu gün şahmatda blits üzrə yarışlar təşkil olunacaq.