Azərbaycan səfiri Albaniya nümayəndəsi ilə COP29-u müzakirə edib

Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov Albaniyanın Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundakı (UNICEF) nümayəndəsi Murat Sahinlə COP29-u müzakirə edib.

Futbolpress.az xəbər verir ki, bu barədə avropalı diplomat sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Albaniya nümayəndəsi Azərbaycan səfiri ilə görüşdə COP29, habelə “uşaqlar üçün iqlim riskini azaltmaq və iqlimlə bağlı qərarların qəbulunda uşaqlar və gənclərini iştirakını dəstəkləmək üçün tərəfdaşlıq imkanları” nəzərdən keçirildiyini bildirib.

Bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək.

Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.