Azərbaycan Qazaxıstanda 9-cu oldu

Sentyabrın 13-də Qazaxıstanın Astana şəhərində V Dünya Köçəri Oyunlarının bağlanış mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, mərasimdə Dünya Etnosport Federasiyasının prezidenti Bilal Ərdoğan, Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabosinov çıxış ediblər. Ardınca köçəri oyunlarının rəmzi növbəti ev sahibi Qırğızıstana təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, yarışlarda Azərbaycan idmançıları 2-si gümüş, 5-i bürünc olmaqla ümumilikdə 7 medal qazanıb. Medal sayına görə ölkəmiz 89 ölkə arasında 9-cu olub.