Azərbaycan Premyer Liqasının ən bahalı oyunçusu kimdir?

“Transfermarkt” portalı futbolçuların transfer dəyərlərini yeniləyib.

Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Juninyonun “bazar dəyəri” 2 milyon avro olaraq göstərilib. Braziliyalı hücumçu bir milyon qiymət artırıb. Beləliklə, forvard Azərbaycan Premyer Liqasında oynayan ən bahalı oyunçu statusunu əldə edib.

Juninyo ötən mövsüm “Qarabağ”la 55 oyunda 31 qol vurub, 11 məhsuldar ötürmə edib.