Azərbaycan Parisdə keçirilən Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.
Futbolpress.az xəbər verir ki, paratlet Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11.76 saniyəyə birinci çatıb.
İkiqat Paralimpiya çempionu adına yiyələnən idmançımız həmçinin yeni dünya rekorduna imza atıb.
Qeyd edək ki, daha əvvəl Fransanın paytaxtında parataekvondoçumuz İmaməddin Xəlilov (K44, 70 kq) və Səid Nəcəfzadə (T13, uzunluğa tullanma) himnimizi səsləndirib.