Azərbaycan Parisdə 10-cu medalı qazandı

Azərbaycan Parisdə keçirilən Yay Parilimpiya Oyunlarında növbəti medalı qazanıb.

Futbolpress.az xəbər verir ki, cüdoçu İlham Zəkiyev mükafatçılar sırasına düşüb.

O, (J1, +90 kq) Qanbat Daştsereni (Monqolustan) vazari xalı ilə məğlub edərək Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Bu, Azərbaycanın yarışdakı 10-cu medalı olub.