Azərbaycan Paris-2024-də növbəti “qızıl”ını qazandı

Azərbaycanın daha bir təmsilçisi Səid Nəcəfzadə Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, T12 kateqoriyasında yer alan paraatlet uzunluğa tullanma növündə çıxış edib.

O, 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.

Daha əvvəl parataekvondoçu İmaməddin Xəlilov Paralimpiya Oyunlarında qızıl medal qazanıb.