Azərbaycan Paris-2024-də ilk “qızıl”ı qazandı

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

Futbolpress.az xəbər verir ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı finalda türkiyəli Fatih Çəliki məğlub edib – 15:2.

Bu, Azərbaycanın Paris-2024-də qazandığı ikinci medal olub.

Daha əvvəl digər parataekvondoçu Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.