Azərbaycan para-atletləri dünya çempionatında çıxış edəcəklər

Azərbaycan para-atletləri Yaponiyanın Kobe şəhərində təşkil ediləcək dünya çempionatında mübarizə aparacaq.

Futbolpress.az xəbər verir ki, turnirdə Azərbaycanı Orxan Aslanov, Səid Nəcəfzadə (hər ikisi uzunluğa tullanma), Samir Nəbiyev, Rüfət Rəfiyev (hər ikisi nüvə itələmə) və Lamiyə Vəliyeva (qaçış) təmsil edəcək.

Milli komandamız yarışa baş məşqçi Oleq Panyutinin rəhbərliyi ilə yollanıb.

Yarış 17-25 may tarixləri aralığında baş tutacaq.