Azərbaycan millisinin yeni baş məşqçisi açıqlandı – rəsmi

Azərbaycan millisinin yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, yığmanın sükanı Fernandu Santuşa tapşırılıb. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.