Azərbaycan millisinin təqvimi məlum oldu

Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında mübarizə aparacaq 3×3 basketbol üzrə Azərbaycan millisinin matçlarının təqvimi bəlli olub.

Futbolpress.az xəbər verir ki, yığma ilk qarşılaşmasında İspaniya kollektivi ilə üz-üzə gələcək. Görüş iyulun 30-da keçiriləcək.

30 iyul

23:00. İspaniya – AZƏRBAYCAN

31 iyul

23:30. ABŞ – Azərbaycan

1 avqust

14:30. AZƏRBAYCAN – Fransa

1 avqust

20:30. Almaniya – AZƏRBAYCAN

2 avqust

11:30. Avstraliya – AZƏRBAYCAN

2 avqust

19:30. Çin – AZƏRBAYCAN

3 avqust

19:30. Kanada – Azərbaycan

Reqlamentə əsasən, 8 komandanın yer aldığı qrupdan ilk iki sıranı tutan millilər yarımfinala vəsiqə əldə edəcəklər. 3-6-cı pilləni tutan yığmalar isə pley-off oyunlarında (3-6, 4-5) iştirak edərək, yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.