Azərbaycan millisinin sabiq futbolçusu 31 yaşında karyerasını bitirdi

“Səbail”dən ayrılan Ağabala Ramazanov karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi bu barədə instaqram hesabında paylaşım edib:

“Mənim üçün çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyi qərara aldım. Nə qədər çətin olsa da, çox sevdiyim oyunçu karyeramı tərk etmək məcburiyyətində qaldım və özümə yeni səhifələr açmağın vaxtı gəldiyini düşündüm. Məlum olduğu qədər çox ağır bir zədə keçirdim. Şükürlər olsun ki, həyatdayam, ailəmin və sevdiklərimin yanındayam, hər şeyin sonu olduğu kimi mənim futbolçu karyeramın da burada bitdiyini sizlərlə bölüşmək istədim. Milli komanda və klubda oynadığım futbolçu yoldaşlarım, dostlarım və azarkeşlər hər birinizə təşəkkürümü bildirirəm. Hərkəsə uğurlar…”

31 yaşlı futbolçu karyerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Qarabağ”, “Səbail” və “Zirə”də çıxış edib. O, Azərbaycan millisində 18 oyunda 1 qol vurub.