Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025-ci illər mövsümünün I mərhələsindəki rəqibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki,  bu gün təşkil edilən püşkatma mərasimində millimiz B Liqasının 5-ci qrupunda Serbiya və Lüksemburqa rəqib olub.

İyulun 1-dən dekabrın 3-dək təşkil olunacaq oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.