Millinin rəqibində baş məşqçi ayrılığı

Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev vəzifəsindən istefa verib.

Futbolpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.

Qeyd olunub ki, federasiya prezidenti Adlet Barmenkulovla milli komandanın məşqçiləri arasında görüş olub və daha sonra bu qərar verilib.

Məşqçi istefanı ailə vəziyyəti ilə əlaqələndirib.

Qazaxıstan iyunun 11-də Azərbaycanla yoldaşlıq oyunu keçirəcək.