Azərbaycan millisinin UEFA Millətlər Liqasında Estoniyaya qarşı keçirəcəyi ev oyunu Qəbələdə təşkil olunacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Noyabrın 16-da keçiriləcək matç Qəbələ şəhər stadionunda təşkil olunacaq.
Noyabrın 11-22-də Bakıda COP29 sammiti keçiriləcək. Bu səbəbdən oyun Bakıda yox, Qəbələdə olacaq.