Azərbaycan millisi albanlarla bacarmadı

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi kollektiv Albaniya seçməsi ilə qarşılaşıb. Macarıstanda baş tutan görüş rəqibin qələbəsiylə başa çatıb.

Milli iyunun 11-də Qazaxıstanla qarşılaşacaq.

Yoldaşlıq oyunu

7 iyun

21:00 Albaniya – Azərbaycan 3:1
Qollar: Bayrami, 11, Rey Manaj, 80, Laçi, 87 – Musa Qurbalı, 90+1

Albaniya: Strakoşa, Hysaj, Ayeti, Cimsiti, Mitay, Asllani, Ramadani, Bayrami, Asani, Broxa, Seferi

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Emin Mahmudov, Ramil Şeydayev, Mahir Emreli, Toral Bayramov.