Azərbaycan millisinə qol vuran hücumçu “radar”a düşdü

“Barselona” “Nyukasl”ın hücumçusu Aleksander İsak ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı mıəlumat yayıb. Kataloniya klubu mövsümün sonunda 25 yaşlı hücumçunu heyətinə qatmağa çalışacaq.

İsak bu mövsüm 6 oyunda 1 qol, 1 məhsuldar ötürmə edib. Onun “Transfermarkt”da dəyəri 75 milyon avrodur.

İsak İsveç yığmasının da üzvüdür. O, UEFA Millətlər Liqasında Azərbaycana qarşı keçirilən oyunda (3:1) iki qol vurub.