Azərbaycan millisi Türkiyəyə qarşı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv 3-cü turda Türkiyə yığması ilə qarşılaşacaq. Erzincanda keçiriləcək görüşə saat 21:00-da start veriləcək. Komandalar arasında Bakıdakı oyun isə iyunun 4-də olacaq.

B Liqasının 3-cü qrupunda 2 turdan sonra Azərbaycan yığması 1 xalla sonuncu – 4-cüdür. Türkiyə millisi isə 3 xalla ikinci sıradadır. Qrupa 6 xalla İsveçrə başçılıq edir. Macarlar isə 1 xalla üçüncü pilləni tutur.

Avropa çempionatı, seçmə mərhələ

31 may

21:00 Türkiyə – Azərbaycan