Azərbaycan millisi Türkiyəyə qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Futbolpress.az xəbər verir ki, yığma Türkiyəni qəbul edib.

Siyasət Əsgərovun komandası rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Görüşdə yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəyeva vurub.

Azərbaycan millisi bu qələbə sayəsində qrupda xallarının sayını 4-ə yüksəldib.

Komandamız mayın 31-də Türkiyətə 0:1 hesabı ilə məğlub olmuşdu