“Azərbaycan millisi son vaxtlar yaxşı nəticələr əldə etmir”

Azərbaycan millisi sabah yoldaşlıq oyununda Qazaxıstan seçməsi ilə qarşılaşacaq. Macarıstanda baş tutacaq görüşə saat 18:00-da start veriləcək.

Futbolpress.az xəbər verir ki, qazaxıstanlı mütəxəssis Bulat Esmaqambetov görüşlə bağlı fikirlərini bölüşüb. O, millini qazaxlardan zəif komanda hesab etdiyini deyib:

“Azərbaycan millisi son vaxtlar yaxşı nəticələr əldə etmir. Qazaxıstanla müqayisədə onlar Avro-2024-ün seçmə mərhələsində zəif çıxış ediblər. Ümumiyyətlə, onların uğursuz olduğunu deyə bilərik. Ancaq nəzərə alaq ki, Bakıda İsveçi 3:0 hesabıyla məğlub etməklə sensasiya yarada bildilər. Onların Qazaxıstanla görüşünün necə olacağını maraqla gözləyirəm”.

Mütəxəssis hər iki komandanın meydana qələbə üçün çıxacağını söyləyib:

“Bu oyunda çox şey futbolçuların motivasiyasından asılı olacaq. Hər iki komanda son oyunu uduzub və indi bunu düzəltmək istəyirlər. Düşünürəm ki, maraqlı və gərgin görüş olacaq. Hər iki komanda qələbə üçün oynayacaq”.