Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya yığmasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç rəqibin qələbəsiylə başa çatıb – 3:1.
Azərbaycan millisi C Liqasının 1-ci qrupunda 4 oyundan sonra xalsızdır və 4 komanda arasında sonuncu pillədə qərarlaşıb.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
14 oktyabr
20:00 Azərbaycan – Slovakiya 1:3
Qollar: Toral Bayramov, 38 – Rahil Məmmədov, 15 (avtoqol), Lukaş Haraslin, 75, Duris, 86
Qırmızı vərəqə: Mahir Emreli, 70 (Azərbaycan)
Baş hakim: Rohit Saqqi (Norveç)
Tofiq Bəhramov adına Respublika stadionu
Azərbaycan: Mehdi Cənnətov, Qismət Alıyev, Rahil Məmmədov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Aleksey İsayev, Ceyhun Nuriyev, Elvin Cəfərquliyev, Toral Bayramov, Mahir Emreli, Ramil Şeydayev
Slovakiya: Marek Rodak, David Hantsko, Milan Şkrinyar, Lubomir Şatka, Peter Pekarik, Laşlo Beneş,Stanislav Lobotka, Ondrey Duda, Lukaş Haraslin, David Strelek, Tomaş Suslov.