Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının pley-off mərhələsində növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Bakıda Portuqaliya seçməsi ilə qarşılaşacaq. “Liv Bona Dea Arena”da baş tutacaq görüşə saat 16:00-da start veriləcək.
Komandalar arasındakı cavab görüşü oktyabrın 29-da Portuqaliyada olacaq.
Avropa çempionatı
Pley-off mərhələsi, ilk oyun
25 oktyabr
16:00 Azərbaycan – Portuqaliya
“Liv Bona Dea Arena”