Azərbaycan millisi Kazanda üçüncü oldu

Tatarıstanın paytaxtı Kazanda keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman oyunlarında Azərbaycan güləşçiləri növbəti medalları qazanıb.

Futbolpress.az xəbər verir ki, yunan-Roma güləşçilərimizdən Arif Niftullayev (97 kq) qızıl, Ziya Babaşov (63 kq) və Təvəkkül Həziyev (67 kq) gümüş, Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (97 kq), Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası 151 xalla komanda hesabında 3-cü yeri tutub.