Azərbaycan millisi İngiltərədə “qol yağışı”na tutuldu

Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində son oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv səfərdə İngiltərədən olan həmyaşıdları ilə qarşılaşıb. Görüş rəqibin böyük hesablı qələbəsiylə başa çatıb – 7:0.

Azərbaycan yığması seçmə mərhələni 3 xalla 6 komanda arasında sonuncu sırada bitirib.

Avropa çempionatı, seçmə mərhələ

15 oktyabr

İngiltərə U-21 – Azərbaycan U-21 7:0
Qollar: Kresvell, 2, Doyl, 27, Makate, 55, Cəlal Hüseynov, 70 (avtoqol), Anderson, 72, Skarlett, 86, Hatçinson, 90

Xal durumu: İngiltərə – 25, Ukrayna – 24, Serbiya – 16, Şimali İrlandiya – 11, Lüksemburq – 8, Azərbaycan – 3.