Azərbaycan millisi FIFA reytinqində irəlilədi

Futbol üzrə Azərbaycan millisinin FIFA reytinqi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, yığma ötən siyahı ilə müqayisədə bir pillə irəliləyib. Milli 1179,88 xalla 111-ci sırada qərarlaşıb.

Azərbaycan yığması bu ay yoldaşlıq görüşündə Albaniyaya uduzub (1:3), Qazaxıstanı isə məğlub edib (3:2).

Reytinq cədvəlinə 1860,14 xalla Argentina başçılıq edir.