Azərbaycan millisi Ermənistanı darmadağın etdi

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin ilk qrup oyunu baş tutub.

Futbolpress.az xəbər verir ki, A qrupunda qərarlaşmış millimizin ilk rəqibi Ermənistan seçməsi olub. Oyuna sürətli başlayan qızlarımız, rəqib Ermənistan yığmasını 86-59 hesablı acı məğlubiyyətə uğradıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 6 ribaund) seçilib. Millimizin qrupdakı növbəti oyunu 10 iyul Bakı vaxtı ilə saat 12:30-da Gürcüstan yığmasına qarşı olacaq