Azərbaycan millisi Ermənistanı darmadağın etdi

8 iyun Kosovonun paytaxtı Priştina şəhərində 3×3 basketbol üzrə Avropa Kubokunun təsnifat oyunları start götürüb.
Futbolpress.az xəbər verir ki, Açılış oyununda millimiz Ermənistan yığması ilə qarşılaşıb və rəqib üzərində 21:9 hesablı parlaq qələbə qazanıb.
“B” qrupunda qərarlaşmış millimizin qrupda növbəti oyunu, Bakı vaxtı ilə saat 16:10-da yerli Kosovo yığmasına qarşı olacaq