Azərbaycan millisi “Clermont-Ferrand” mərhələsinə qələbə ilə başlayıb

14 iyun 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Fransada keçirilən “Clermont-Ferrand” mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, “D” qrupunda qərarlaşmış qadın millimiz ilk görüşündə Filippin yığması ilə qarşılaşıb və rəqibinə 22-17 hesabı ilə qalib gəlib.

Qızlarımızın qrupda sonuncu oyunu Niderland seçməsinə qarşı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:50-də başlayacaq.