Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsada keçirilən beynəlxalq turnirin qalibi olub.
Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv turnirin həlledici oyununda son dünya çempionu Rumınya komandasına 5:4 hesabı ilə qalib gələrək baş mükafatı qazanıblar.
Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüblər.