Azərbaycan millisi 4-cü oldu

16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının C divizionunda 3-cü yer uğrunda oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, milli Ermənistan seçməsi ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb – 71:63.

Beləcə, U-16 millimiz Avropa çempionatını 4-cü sırada tamamlayıb.