Azərbaycan millisi 1/8 final oyununa çıxacaq

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/8 final matçına çıxacaq.

Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Bolqarıstanla üz-üzə gələcək. Görüşə saat 19:30-da start veriləcək.

Azərbaycan yığması qrup mərhələsində İtaliyanı (2:1), Belçikanı (3:0), Fransanı isə 3:1 hesabıyla məğlub edib.