Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində sonuncu matçını keçirib.
Futbolpress.az xəbər verir ki, yığma Çexiya ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 2:0.
Azərbaycan yığması qrupda üçüncü olub və 1/4 final mərhələsinə yüksəlib. Millinin yarımfinal yolundakı rəqibi İngiltərə olacaq.
Matç bu gün saat 20:00-da start götürəcək.