Azərbaycan millisi UEFA Millətlər Liqasında 3 turda xal qazana bilməyib. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv İsveçə (1:3), Slovakiyaya (0:2) və Estoniyaya (1:3) uduzub.
“FutbolPress“in əldə etdiyi məlumata görə, C Liqasında mübarizə aparan komanda 1-ci qrupda sonuncudur. Azərbaycan millisi ümumiyyətlə C Liqasında xalı olmayan 3 komandadan biridir. 2-ci qrupda Litva, 3-cü qrupda isə Lüksemburq hələ xal qazana bilməyib.
Azərbaycan yığması ilə bağlı neqativ göstərici isə buraxılan qol sayındadır. Milli Liqasında ən çox – 8 qol buraxan komandadır. Daha sonra isə 7 qolla Latviya gəlir.
Millinin növbəti rəqibi Slovakiya olacaq. Oktyabrın 14-də Bakıda keçiriləcək görüşə 20:00-da start veriləcək.